Ramil Usubovdan iki yeni TƏYİNAT
18:14 21 Oktyabr 2015
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Femida.az -ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri ilə buna qədər Daxili İşlər Nazirliyində çalışan Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev isə tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə Qax rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov tutduğu vəzifədən azad edilərək Pirallahı Rayon Polis Şöbəsinin rəisi, 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov isə tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifələrinə təyin olunublar.
Oxunub: 1425
Oxşar xəbərlər
- Ramil Usubov yeni rəis təyin etdi
- Ramil Usubov əmr imzaladı
- Ramil Usubov iki rayonun polis rəisi dəyişdirdi
- Ramil Usubov vətəndaşlarla görüşdü
- Ramil Usubov vətəndaşları qəbul edəcək
- Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib
- Ramil Usubov polkovniki təqaüdə göndərdi
- Ramil Usubov Avropa Şurası rəsmilərini qəbul edib
- Ramil Usubov Gəncədə görüş keçirdi
- Ramil Usubov cinsi azlıqların saxlanılmasından danışdı