Samux sakinin evindən 36 kq marixuana götürülüb


11:32     23 Yanvar 2019 19_01_23_1548228798.jpg


Samuxda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Xaliq Mustafayevin həyətyanı sahəsindən 33 kiloqram 685 qram marixuana, müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 715