SOS! "Donuz qripi" Rusiyada yayıldı: Ölən var


11:44     23 Yanvar 2019 19_01_23_1548229572.jpg

Rusiyanın Novqorod vilayətindəki xəstəxanalardan birində qadın “donuz qripi”ndən ölüb. Bununla bağlı regionun baş infeksionisti Svetlana Kalaç məlumat verib.



Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, qadın xəstəliyin səkkizinci günündə ağır vəziyyətdə xəstəxanaya müraciət edib.

“Qadın dərhal reanimasiyaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o ölüb”, - S.Kalaç bildirib. İlkin ehtimallara görə, ölümə səbəb AH1N1 virusu və pnevmoniya olub.

Məlumatlara görə, vilayətdə “donuz qripi”nə yoluxma halı dörd nəfərdə - iki uşaq və iki böyükdə aşkar edilib.

Açar sözlər:

Oxunub: 377