Oğurluq edənlər "iş başında" yaxalandılar


11:57     23 Yanvar 2019 ogrular-hebs.jpg

Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

​DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

​Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib. ​Araşdrıma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 351