Dəmir yolundan oğurluq edilib
12:06 23 Yanvar 2019
Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 22-də Qazax rayonundakı Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların Qazax rayon sakinləri Bayram Əliyev və Elməddin Məmmədov olduqları, bir gün əvvəl həmin ərazidən istismardan çıxarılmış daha 15 ədəd 25 metrlik relsi hissələrə bölüb “KamAZ” markalı avtomobilə yükləyərək oğurlamaları da müəyyən edilib. Araşdırma aparılır.
Femida.az
Oxunub: 306
Oxşar xəbərlər
- Dəmir yolunda məhdudiyyətlər tətbiq edilib
- Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı
- Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu
- Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
- Dəmir yolu işçiləri və energetiklər də təltif edildi
- Dəmir yol təmirçisi faciəvi şəkildə öldü
- Dəmir yollarından oğurluq edilib
- Dəmir yolu stansiyasında partladıcılar tapılıb
- Dəmiryolu vağzalının qarşısında ölüm hadisəsi baş verib
- Dəmir yolu keçidlərində bunu edənlər cərimə olunacaq - HÜQUQİ YARDIM