Uşaq zorakılığı ilə bağlı qaynar xəttə 3581 müraciət daxil olub
14:36 23 Yanvar 2019
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib.
Femida.az-ın məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak edib.
ÜST ötən ildə 2-17 yaş arası bir milyarda yaxın uşağın fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qaldığını bildirir. Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir.
Azərbaycan Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə, 2018-ci il ərzində quruma uşaq zorakılığı ilə bağlı 3581 müraciət daxil olub.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrasını təsdiqləyib. Gündəliyin hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.
Femida.az
Oxunub: 560
Oxşar xəbərlər
- Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq
- Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb
- Uşaq dünyaya gətirən 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır
- Uşaq bağçasında gözətçi işləyən QADIN QƏTLƏ YETİRİLDİ
- Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi
- Uşaq evində böyüyən şəhid dəfn edildi
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaq bağçaları fevralın 15-dən açılır
- Uşaqlıq şəkilləri olmayan 22 yaşlı şəhid niyə özünü qumbara ilə partlatmaq istəmişdi?
- Uşaq ölü doğuldu - Ginekoloqun cinayət işi məhkəməyə göndərildi