Mübarizi aşağılayan qızın işinə xitam verilməyib - Vəkildən AÇIQLAMA


15:17     23 Yanvar 2019 19_01_23_1548242198.jpg


"Nərmin Şahmarzadə ilə bağlı işə xitam verildi yazan saytlara və KİV nümayəndələrinə demək istəyirəm ki, şikayətimizi hakim icraata götürmədi necə xitam verə bilər? Yalan məlumatdır yalnız icraata qəbul edib şikayətimizə mahiyyəti üzrə baxmaqdan imtina etdi".

Femida.az xəbər verir ki, bu sözləri vəkil Ramil Rüstəmov deyib.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimova qarşı qərəzli ifadələrinə görə idmançı Araz Musayev tərəfindən məhkəməyə verilən psixoloq Nərmin Şahmarzadənin işinə bu gün baxılıb.

Vəkil bildirib ki, iş hələ bitməyib:

"Qərarı götürəndən və iclas protokolları ilə tanış olduqdan sonra müəyyən edəcəyik ki, yenidən Xətai rayon məhkəməsinə verək, yoxsa qərardan apellyasiya şikayəti edək. Hakimin məhkəmə iclası zamanı açıq-aşkar göstərdiyi qərəzli mövqeyi barəsində isə Məhkəmə Hüquq Şurasına şikayət veriləcək".

Qeyd edək ki, məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov iddianı təmin etməyib və işi icraata götürməyib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #Mübariz_İbrahimov   #məhkəmə   #psixoloq   #Nərmin_Şahmarzadə  

Oxunub: 1485