Doğuma görə birdəfəlik müavinətlə bağlı YENİLİK


16:51     23 Yanvar 2019 korpe_usaq_02541.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində bu il ailələrə uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının avtomatlaşdırılması nəzərdə tutulur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, hazırda nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək və bunun nəticəsində uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 649


Oxşar xəbərlər