İran ABŞ-a zərbə endirəcək - Şok hesabat


18:13     23 Yanvar 2019 19_01_23_1548248331.jpg

2019-cu ildə İranın nüvə razılaşması çərçivəsində risklər çox ciddidir, konfliktin eskalasiyası üçün şərtlər yetərli qədərdir.

Femida.az xəbər verir ki, bu məlumat Beynəlxalq Böhran Qrupunun hesabatında yer alıb. Hesabata əsasən, İran hansısa toqquşma olmadan nüvə razılaşmasından imtina etməyəcək. Təşkilat ABŞ-ın yeni sanksiyalarından sonra İranın Vaşinqtona zərbə vurmağa cəhd edəcəyini və böyük ehtimalla bunun üçün hərbi vasitələrdən istifadə edəcəyini bildirib:

“İran çalışır ki, günahı birbaşa ABŞ-ın üzərinə atsın. İranlılar əmindir ki, 2021-ci ilə qədər ayaq üstə qala biləcəklər.

Bununla belə İran ABŞ-ın nüvə razılaşmasından sonra müqavilənin şərtlərini daha yaxşı icra etməyə başlayıb. İran ABŞ-a fəaliyyət üçün hansısa bəhanə vermək istəmir. Müqavilənin digər iştirakçıları da müxtəlif bəhanələrlə razılaşmanı ayaq üstə saxlamağa çalışır. Əgər 2020-ci ildə Trampı hansısa demokrat əvəz etsə belə, nüvə razılaşmasına dönmək çox çətin olacaq”.

Açar sözlər:

Oxunub: 376