Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək


17:12     23 Yanvar 2019 issizler7.jpg

Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq olunacaq.


Femida.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, hazırda agentlik tərəfindən işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır. Bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq. Güzəştlərin işəgötürənlərin əməkdaşlıq səviyyəsindən asılı olaraq tətbiq edilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 446