Oqtay Şirəliyev vətəndaşları qəbul edib
18:44 23 Yanvar 2019
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul yanvarın 23-də səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən İmişli Mərkəzi Rayon Xəstəxanasında keçirilib. Qəbul zamanı nazir Oqtay Şirəliyev İmişli, Beyləqan, Saatlı və Sabirabaddan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT
- Oqtay Şirəliyev peyvənd olundu - Video
- Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
- Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” planı var” - VİDEO
- Oqtay Əsədov Milli Məclisin iclasına gəlmədi
- Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv oldu
- Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı
- Oqtay Gülalıyev yenidən əməliyyat olunub