Dənizçilərə yubiley medalı verilib


22:57     23 Yanvar 2019 2019/01/6A7175F5-DB49-4171-A7C9-B1942EE97627_1548269829.jpeg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

QSC-nin mətbuat katibliyindən Femida.az -a bildirilib ki, təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yubiley medalına layiq görülənlər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini deyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 430