Deputatın oğlu faciəli şəkildə öldü


09:11     24 Yanvar 2019 2019/01/B85EDDA5-8384-4089-92A6-69CC2944BABF_1548305667.jpeg

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Millət vəkili Əsabil Qasımov faktı təsdiqləyib. Bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 568