Oğurluğa cəhd göstərən şəxs saxlanılıb


09:18     24 Yanvar 2019 ogurluq.jpg

Binəqədidə oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.

Femida.az Trend-ə istinadən bildirir ki, yanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birinin həyətindən oğurluğa cəhd göstərilməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Anar Aslanov saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 382