"Tufan" gəmisi Xəzərdə döyüş fəaliyyətinə başladı


09:40     24 Yanvar 2019 2019/01/tufan-gemi_1548308539.jpg

2019-cu il yanvar ayının 10-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az-a verilən xəbərə görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Respub-likasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.


Femida.az

Açar sözlər:

Oxunub: 367