Siyəzəndə 76 cinayət törədilib: 75-nin üstü açılıb


10:11     24 Yanvar 2019 2019/01/meyit-cinayet-hebs_1548310504.jpg

Ötən il Siyəzən Rayon Polis Şöbəsində qeydə alınan 76 cinayət işindən 75-nin açılması təmin olunub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, qeydə alınmış cinayət hadisələri nəticəsində vətəndaşlara dəymiş 31 min 677 manat maddi ziyanın 29 min manatı zərərçəkmişlərə ödənilib. Rayonda 38 cinayət işi üzrə 22 təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən inzibati xəta sayılan xırda talamalarla bağlı müvafiq inzibati tədbirlər də həyata keçirilib. Polis şöbəsinə daxil olmuş 101 kiçik talama faktından 63-nün açılması təmin olunub. Xırda talamalarla vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi üzrə göstərici 70,9 faiz təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 425