"Deputatlar məişət zorakılığına dair qanunu qəbul etmək istəmirdi" - Sədr müavini


10:24     24 Yanvar 2019 2019/01/sedaqet-qehremanov_1548311463.jpg


"2 il məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul olunmasına çalışdıq. Lakin Milli Məclis üzvləri qanunu qəbul etmək istəmirdilər".


Femida.az xəbər verir ki , bu sözləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

"Deputatlar bildirirdi ki, Məişət zorakılığına dair mubarizə üçün Cinayət Məcəlləsində müvafiq müddəalar var və ayrıca qanuna ehtiyac yoxdur. Lakin biz sonda qanunun qəbul olunmasına nail olduq.

Bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsini lazımsız bir qurum kimi görənlər ola bilər. Lakin unutmayaq ki, ailə cəmiyyətin və dövlətin əsasıdır. Biz ailələrlə birbasa kontaktda olur, onların problemləri ilə maraqlanır, həll etməyə çalışırıq", - deyə sədr müavini qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #AQUPDK   #ailə   #qadın   #uşaq   #deputat  

Oxunub: 494