Dəmir yolu stansiyasından su qurğusunu oğurlamaq istədilər


15:23     24 Yanvar 2019 hebs%20omur.jpg

Xaçmazda qatarları su ilə təmin edən qurğunu oğurlamaq istəyən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az- verilən məlumata görə, yanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmir yolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı əticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 279