“Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq


15:37     24 Yanvar 2019 milli-meclis.jpg

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Femida.az-ın məlumatına görə, iclasda çıxış edən komitənin sədri İsa Həbibbəyli bildirib ki, ötən sessiyada 7 iclas keçirilib və gündəliyə 12 məsələ daxil edilib. Payız sessiyasında “Elm haqqında”, “Ümumitəhsil haqqında”, “Təhsil haqqında” qanun layihələrinin müzakirəsi keçirilib.

Hesabat dövründə komitəyə daxil olan sənədlərin qeydiyyat kitabında 149 müraciət qeydə alınıb. Bunlardan 137 müraciətlə əlaqədar müxtəlif qurumlara 102 məktub göndərilib. Müraciətlərin təhlili göstərilir ki, burada əsas məsələlər dərs yükünün və əmək haqqının artırılması, həmçinin işlə təmin olunma məsələlələri, tələbələrin ödənişli təhsil problemi, bir sıra vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərdir.

2019- cu ilin yaz sessiyası üçün iş planı isə “Ümumitəhsil haqqında”qanun layihəsinin plenar iclaslarda oxunması və “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır. Bunun üçün İşçi Qrup yaradılacaq, materiallar toplanılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 442