Nizami rayonunda qaz təchizatı yaxşılaşdırılır


18:12     24 Yanvar 2019 2019/01/80bfa2d6-b45a-4a2a-9b88-7bafdcbfbb32_1548332025.jpg

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Bakının Nizami rayonunda qaz təchizatını yaxşılaşdırır.

“Azəriqaz”dan Femida.az-a verilən məlumata görə, rayonun Azər Manafov küçəsindən başlayaraq Tofiq Abbasov küçəsi ilə ümumi uzunluğu 1400 metr olan yeni diametri 315 və 200 mm-lik polietilen qaz kəmərlərinin çəkilməsi, istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılması məqsədilə qaz tənzimlyici şkafların və siyirtmələrin quraşdırılması nəzərdə tutulub. Artıq həmin ərazidə aparılan işlərin böyük hissəsi yerinə yetirilib.

Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan istehlakçıların normativ təzyiqlə, dayanıqlı və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradacaq.

Açar sözlər:

Oxunub: 448