“Məktəbli formalarını şagirdlərə satdırırlar” - Deputat


16:58     24 Yanvar 2019 19_01_24_1548334742.jpg

Millət vəkili Sona Əliyeva “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində məktəbli formalarının şagirdlərə satdırılması məsələsinə toxunub.

Femida.az -ın məlumatına görə, o, qeyd edib ki, qanun layihəsində təhsilalanların geyim nümunələrinin təsdiq edilməsi məsələsi var: “Düşünürəm ki, bu, məktəbli forması ilə bağlı monopoliya yaradacaq. Müəyyən təhsil şöbələrində məktəbli formalarını məktəblilərə satdırırlar. Bununla bağlı əhali arasında narazılıq var.

Məktəbli formasının lehinəyəm. Məktəbli forması olmalıdır, ancaq elə formul düşünülməlidir ki, bu, əhali arasında narazılıq yaratmasın. Rayon yerində yaşayan və mövcud problemlərdən xəbərdar olan biri kimi bunu bilirəm. Deyirlər ki, gedin, filan yerdən alın. Qanunun vəzifəsi ondan ibarətdir ki, o əhaliyə xidmət etsin”.

Açar sözlər:

Oxunub: 225


Oxşar xəbərlər