Gömrük Komitəsnin əməkdaşı iş başında öldü
17:03 24 Yanvar 2019
Dövlət Gömrük Komitəsnin (DGK) əməkdaşı iş başında ölüb.
"Report"un Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. DGK-nın “Mazımçay” keçid məntəqəsinin yük daşınma şöbəsinin əməkdaşı, Zaqatala şəhər sakini, 1975-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Tanrıverdiyev Zaqatala şəhər ərazisində iritonnajlı yük maşınından anbara yükün boşaldılmasına nəzarət edən zaman qəfildən halı pisləşərək vəfat edib.
Ə.Tanrıverdiyevin ölümünün səbəblərinin müəyyənləşdirməkdən ötrü meyit Səhiyyə Nazırliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 558
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"