AzTV-də daha bir kadr dəyişikliyi - Səyavuş Məmmədov işdən çıxarıldı
17:08 24 Yanvar 2019
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.
Femida.az -ın məlumatına görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə Xalq artisti Ramiz Həsənoğlu təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.
Oxunub: 642
Oxşar xəbərlər
- AzTV-də yeni kadr təyinatı olub
- AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldü
- AzTV-də audit yoxlaması aparılır
- AZTV-də Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq
- AzTV-də bədbəxt hadisə baş verdi
- AzTV-dən aksiya ilə bağlı ittihamlara cavab - VİDEO
- AzTV-də yanacaq oğurlayan 9 sürücü işdən çıxarılıb
- AzTV-də kadr islahatları davam edir - YENİ TƏYİNATLAR
- AzTV-də daha bir təyinat
- AzTV-də Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib (VİDEO)