Azərbaycan media qurumlarının 15 faizinə qadınlar rəhbərlik edir


19:05     24 Yanvar 2019 jurnalist%20qabiliyyet.jpg


Azərbaycan mediasında çalışan jurnalistlərin cinsi faiz nisbəti açıqlanıb. Femida.az xəbər verir ki, jurnalistlərin həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, araşdırma elektron media üzərindən aparılıb:

"Nəticəyə görə, Bakıda fəaliyyət göstərən media qurumlarındakı jurnalistlərin 45 faizini qadınlar təşkil edir. Regionlarda isə bu rəqəm 35 faizi keçmir.

Təəssüflər olsun ki, bu nisbət rəhbər işçilər səviyyəsində çox aşağıdır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən media qurumlarından yalnız 15 faizinin rəhbəri qadındır".

Qeyd edək ki, bu nisbət Azərbaycan Mətbuat Şurasının idarə heyətində də özünü göstərir. Belə ki idarə heyətindəki 22 nəfərdən cəmi 2-i qadındır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qadın   #media   #jurnalist  

Oxunub: 322