Venesuelada dövlət çevrilişi elan edildi


21:25     24 Yanvar 2019 19_01_24_1548350768.jpg

Venesuelanıın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə dövlət çevrilişi olduğunu bəyan edib.

Femida.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Venesuelada qanuni hakimiyyət və demokratiya əleyhinə çevriliş gedir. O, həmçinin, Nikolas Maduronu qanuni prezident adlandırıb: “Mən qanuni hakimiyyət, demokratiya və qanuni prezident Nikolas Maduroya qarşı dövlət çevrilişi olması ilə bağlı xəbərdarlıq edirəm”.

Padrino ordunun Xuan Quaydonu Venesuela prezidenti kimi tanımadığını bildirib.

Açar sözlər:

Oxunub: 390