Azərbaycanlılar ən çox bu ölkələrə gedir - SİYAHI
22:05 24 Yanvar 2019
Ötən il ərzində xaricə gedən Azərbaycan vətəndaşlarının çox hissəsi İrana, daha sonra isə Gürcüstana səfər ediblər.
Femida.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olub.
Ölkə vətəndaşlarının 33,6 faizi İran, 29,2 faizi Gürcüstan, 18,9 faizi Rusiya Federasiyası, 12,3 faizi Türkiyə, 1,4 faizi Ukrayna, 0,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiyaya gedənlərin sayı 0,3 faiz artıb.
2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Femida.az
Oxunub: 309
Oxşar xəbərlər
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi keçirilib
- Azərbaycanlılara qarşı ermənilərin nifrət cinayətləri - HESABAT
- Azərbaycanlılar Britaniya hökumətinə və beynəlxalq təşkilatlara müraciət edib
- Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb
- Azərbaycanlılar bir ildə Türkiyədə 1300-ə yaxın ev alıb
- Azərbaycanlılar Belçika bələdiyyəsinin Qarabağla bağlı qərarını dəyişdirdi
- Azərbaycanlılara işgəncə vermiş erməni həbs olundu
- Azərbaycanlılar Niderland polisinə təşəkkür ediblər
- Azərbaycanlılar BMT-nin qərargahı qarşısında aksiya keçirdi