Məzarı tapılmayan repressiya qurbanlarının siyahısı hazırlanıb


22:35     24 Yanvar 2019 azrbaycan-dilin-daxil-olan-yeni-terminlr-siyahi7b0eec54eab0689a927e.jpg

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb.


Femida.az xezerxeber.az-a istinadən bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxana araşdırmalardan sonra belə bir siyahı tərtib edib.

MEK tərəfindən "Xaricdə yaşamış azərbaycanlıların məzarları" adlı kolleksiyanın hazırlandığını deyən N.Həsənovanın sözlərinə görə, həmin kolleksiya üzərində işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdikdən sonra onun yaradılmasında iştirak etmiş insanların çoxunun repressiya qurbanlarına çevrildiyi məlum olub. Repressiya qurbanları sürgün olunduqları yerdə dəfn olunduqlarından, bu yerlər haqqında heç bir məlumat göstərilməyib.



Mərkəzi Elmi Kitabxananın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşov deyib ki, bu, açıq siyahıdır və gələcəkdə əldə olunacaq məlumatların əlavəsiylə genişləndirmək mümkün olacaq. Siyahı elektron kataloqa daxil edilərək kitabxananın milli rəqəmsal yaddaş bazasına yerləşdirilib.

Qeyd edək ki, bolşeviklərin Azərbaycandakı hakimiyyəti dövründə Azərbaycandan 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim və yazıçı Sibirə və Qazaxıstana, o cümlədən başqa yerlərə sürgün edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 432