Venesuelada həbs olunanların sayı 364-ə çatıb


09:52     25 Yanvar 2019 19_01_25_1548395601.jpg

Venesuelada dördüncü gündür davam edən kütləvi antihökumət etirazlarında həbs edilənlərin sayı 364-ə çatıb.

Femida.az xəbər verir ki, bu barədə “Cinayət forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero tvitter hesabında yazıb.

Qeyd edək ki, daha əvvəl 328 nəfərin həbs edildiyi açıqlanmışdı.

Xatırladaq ki, Venesuela parlamentinin spikeri Xuan Quaido bir neçə gün əvvəl özünü müvəqqəti dövlət başçısı elan etmişdi. ABŞ isə onu prezident kimi tanıdığını bəyan etmişdi.

Ölkənin rəsmi lideri Maduro özünü konstitusiyalı prezident, Quaidonu isə ABŞ-ın oyuncağı adlandırıb.

Açar sözlər:

Oxunub: 393