Ukraynada qəhrəman olan Şirinov qardaşları mükafatlandırıldı


10:42     25 Yanvar 2019 2019/01/5c4aa7fc412ad_azer-1548396259_1548398647.jpg

Ukraynada həyatlarını təhlükəyə ataraq, yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar Ümid və Sabir Şirinov "Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırılıb.



Femida.az xəbər verir ki, azərbaycanlı qardaşlar Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko tərəfindən təltif olunublar. Bu mükafat əsasən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, insanların həyatlarını xilas edən şəxslərə verilir.

Xatırladaq ki, yanvarın 19-da Ümid və Sabir Şirinov qardaşları Zayçevski kəndi yaxınlığında yanan avtomobildən bir ailənin üç üzvünü xilas ediblər. Onların qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 982