Gömrükdən siqaret keçirmək üçün bu fırıldağa əl atdı


10:57     25 Yanvar 2019 2019/01/50601-1548398155_1548399625.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3000 ədəd “Gold Mount” markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 351