Paşinyan İlham Əliyevlə görüşdən qabaq Petrosyana niyə zəng vurub?


11:13     25 Yanvar 2019 19_01_25_1548400490.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunnun kuluarlarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşməzdən əvvəl eks-prezident Levon Ter-Petrosyanla məsləhətləşib. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.

Bildirilir ki, iki liderin Davosda görüşməsi təsadüfən alınmayıb. Onların görüşü xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında Parisdə yanvarın 16-da keçirilmiş dörd saatlıq görüşdə müzakirə edilib və planlaşdırılıb. Qəzetin yazdığına görə Paşinyan Əliyevlə görüşdən əvvəl Ter-Petrosyana zəng vurub və onunla məsləhətləşib.

Xatırladaq ki, Nikol Paşinyana Davos görüşünə görə hazırda müxalifətdə olan Respublika partiyası və onun nəzarətində olan KİV-lər, ekspertlər tərəfindən güclü təzyiq edilir. Ondan tələb edirlər ki, Davosda nə danışdığını açıqlasınvə ümumiyyətlə Azərbaycan prezidenti ilə nədən görüşdüyünü aydınlaşdırsın. Paşinyan əvvəlcə görüş barədə qısa açıqlama versə də daha sonra izah etməli olub ki, Davosda Azərbaycan prezidenti ilə münaqişənin həlli yollarına dair konkret danışıqlar aparmayıb. Sadəcə danışıqların tarixçəsinə dair fikir mübadiləsi edib.

Serj Sərkisyanın Respublika partiyasındakı müavini Armen Aşotyan hesab edir ki, Paşinyanın Qarabağ məsələsinin nizamlanmasında təcrübəsi yoxdur. Üstəlik o, manipulyasiya ilə məşğuldur.



Aşotyanın fikrincə Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə məsləhətləşməli deyildi, heç olmasa keçmiş prezident Serj Sərkisyandan və ya keçmiş xarici işlər naziri Edvard Nalbəndyandan məsləhət ala bilərdi.

Aşotyan iddia edir ki, yeni hakimiyyət periodik olaraq Qarabağ nizamlanması ilə bağlı narahatlıqları dərinləşdirir. Bir tərəfdən erməni tərəfinin mövqelərini laxladır, digər tərəfdən konkret alternativlər təklif etmir.

“Məlum deyil ki, nəyə görə Davosda son məqamda Paşinyanla Əliyevə görüşmək təklif edilir, nəyə görə erməni ictimaiyyəti bu haqda baş nazirin Rusiya agentliyinə müsahibəsindən xəbər tutur? Bu nə deməkdir ki, saat yarım ərzində ancaq danışıqlar prosesinin tarixçəsindən danışıblar? Nəyə görə Paşinyan hakimiyyətinin səkkiz ayında danışıqlar prosesinin tarixçəsi barədə İlham Əliyevdən məlumat almalıdır? Nədən o həmin informasiyaları Serj Sərkisyandan və ya Edvard Nalbəndyandan almağa üstünlük vermir?”-Aşotyan deyib. / virtualaz.org

Femida.az

Açar sözlər: #petrosyan   #Paşinyan   #siyasət   #İlham_Əliyev  

Oxunub: 527