Qobustan qoruğundan silah-sursat tapılıb


11:06     25 Yanvar 2019 silah%20sursat17.jpg

Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 259