Daxili İşlər Nazirliyi bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO


12:19     25 Yanvar 2019 2019/01/50791541_629220957513768_2398731379320815616_n-(1)_3096809506.jpg

Nərimanov rayonunda yerləşən marketlərdən birində qadın müştərinin çantasını oğurlayan şəxs saxlanılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkmiş qadın bildirib ki, çantasının içərisində 250 manat olub.

Cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub və onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs seçilib.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.




Femida.az

Açar sözlər:

Oxunub: 589