Azad Rəhimov vətəndaşlarla görüşüb
16:36 15 Dekabr 2015
Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında baş tutan qəbulda umumilikdə 40-a yaxın vətəndaş iştirak edib.
Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminatla bağlı olub. Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti daxil olub.
İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər arasında olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Oxunub: 678
Oxşar xəbərlər
- Azadlıq prospektinin bir hissəsi təmir edilib
- Azadlıq prospektində qan töküldü
- Azad Rəhimov Monako şahzadəsi ilə görüşüb
- Azad Rəhimov nazir vətəndaşlarla görüşdü
- Azad Rəhimov Rusiyada səfərdədir
- Azad Rəhimov İstanbula gedib
- Azadlığa çıxdı, yenidən həbs olundu
- Azad iqtisadi zonaların yaradılması işi sürətləndirilir - Sərəncam
- Azad Rəhimov müharibə veteranları ilə görüşüb
- Azadlıq tumunu əkən şəhidlər - Xiyabandan videoreportaj