Övladı olmayanlar necə uşaq götürə bilər? - Hüquqi yardım


01:58     12 Dekabr 2017 dog.jpg

Valideynləri olan uşaqlar da, digər şəxslər tərəfindən övladlığa götürülə bilər.


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Növbəti araşdırdığımız mövzu övladı olmayan şəxslərin uşaq götürmək arzusu ilə bağlıdır.
Övladlığa götürülmə hansı qaydalarda və mərhələlərdə həyata keçirilməlidir? Mövzu ilə bağlı suallarımızı vəkil Asif Abdullayev cavablandırıb.






“ Övladlığa götürülən yalnız yetkinlik yaşına çatmayan şəxs ola bilər (18 yaşına çatmamış). Uşağın doğumu qeydə alındıqdan sonra, onu övladlığa götürmək olar.
İkinci dəfə ailə quran şəxs, öz həyat yoldaşının əvvəlki nikahdan doğulmuş övladını övladlığa götürə bilər.

Valideynləri olan uşaqlar da, digər şəxslər tərəfindən övladlığa götürülə bilər. Valideynləri olan uşaqlar övladlığa götürülərkən, valideynlərin razılığı tələb olunur.
Bacı və qardaş bir qayda olaraq bir ailə tərəfindən övladlığa götürülə bilər. Onların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Uşağların marağlarına uyğun hallarda istisna olaraq bu cür övladlığa götürülməyə yol verilə bilər.

Bəs əcnəbi vətəndaşlar övlad götürə bilərmi?

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda yol verilir.
Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.
Övladlığa götürmə məhkəmə qaydasında həyata keçirilir.”

Qeyd: Əgər sizin də hər hansı sualınız varsa, bizə yazın.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4610