Mirşahin təcili xəstəxanaya aparıldı (YENİLƏNİB)


17:01     23 Yanvar 2016 799930.jpg

Baş direktor təcili xəstəxanaya çatdırıldı


Femida.az xəbər verir ki, bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev xəstəxanaya aparılıb. İlkin məlumata görə, Mirşahin Ağayev işdə özünü pis hiss edib və onu ürək tutması şikayətləri ilə təcili olaraq xəstəxanaya aparılıb.

Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.

*** Femida.az xəbər verir ki, Mirşahin Ağayev hazırda Mərkəzi Gömrük hospitalındadır. Hospitaldan onun səhhəti ilə bağlı açıqlama almaq istəsək də, mətbuat üçün məlumata icazə verilmədiyini dedilər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7978