Ankarada dəhşətli terror aktı : 25 nəfər ölü, 75 nəfər yaralı - YENİLƏNİB


02:16     14 Mart 2016 10505546_835116169943539_8964429922738960096_n.jpg

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.


Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış Bakı vaxtı ilə saat 20:35-də Kızılay bölgəsində Atatürk parkı və Baş Prokurorluğa yaxın ərazidə baş verib.

Partlayışın "canlı bomba" tərəfindən törədildiyi bildirilir. Hadisə baş verən əraziyə yaxın böyük ticarət mərkəzi yerləşir. Buna görə də xeyli insanın öldüyü ehtimal olunur. Hələ ki, bu barədə rəsmi məlumat verilməyib.

Polislər ikinci dəfə baş verə biləcək partlayış ehtimalına görə insanları ərazidən uzaqlaşdırır.

Hadisə nəticəsində artıq 5 nəfərin həlak olduğu deyilir. Ölü sayını artacağı istisna deyil.

***
Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 25 nəfər ölüb, 75 nəfər yaralanıb.

Femida.az -ın xəbərinə görə, bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

Açar sözlər:

Oxunub: 2015