İlham Əliyev Ərdoğana başsağlığı verdi


03:00     14 Mart 2016 a99c16159bb2.jpg

Azərbaycan prezidenti İlham Əliyev Ankarda baş vermiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.



Femida.az -ın məlumatına görə, başsağlı mətnində qeyd olunub: “ "Hörmətli cənab Prezident,
Əziz qardaşım,
Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"

Açar sözlər:

Oxunub: 3422