Ankara terrorunda ölənlərin sayı 34-ə çatdı (FOTO + VİDEO)


13:33     14 Mart 2016 515400552_762.jpg

Türkiyənin paytaxtı Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı açıqlanıb.


Femida.az "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bu barədə bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yüklü maşınla törədildiyi məlum olub.

Terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib.

Qeyd edək ki, partlayış Kızılay meydanın ətrafında təxminən 10-a qədər avtobus dayanacağının olduğu ərazidə baş verib.



Açar sözlər:

Oxunub: 1427