Ərdoğan sabah Bakıya gələcək - Rəsmi


20:55     14 Mart 2016 erdogan%20bakiya%20gelir5.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana rəsmi səfər edəcək.


Bu barədə Femida.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, R.T.Ərdoğanın martın 15-ə planlaşdırılan səfəri təxirə salınmayacaq və səfər baş tutacaq.

Bakı səfəri zamanı Ərdoğanın prezident İlham Əliyev və digər rəsmilərlə görüşü planlaşdırılır.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Xatırladaq ki, R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 784