Almaniyadakı təhsillə bağlı xülyalarımız və reallıq


00:30     17 Mart 2016 Study_in_germany_Nexus.png

Almaniyada pulsuz təhsil almaq və ya təhsil haqqısı olmayan universitetlərdə oxumaq hər bir gənc üçün arzu olunandır. Çünki Almaniya Avropanın ən önəmli təhsil mərkəzlərindən sayılır. Almaniyanı “ideyaların vətəni” də adlandırırlar. Çoxlarının öz təhsilini orada davam etdirmək fikiri var.

Amma görəsən bu o qədər asandırmı ?
Almaniyada təhsil sisteminin yüksək səviyyədə olması ilə yanaşı onun pulsuz olması da insanları Almaniyaya cəlb edir. Lakin bu fikirləri biz yanlış şəkildə dəyərləndiririk və elə zənn edirik ki, hamı çox rahatlıqla Almaniyaya gedib orada təhsil ala bilər.Bu cür anlaşılmazlıqlar getdikcə böyüyür və qeyri-adi fikirlər səslənməyə başlanır. Əgər bu tip fikirlərə əsaslansaq onda deyə bilərik ki, Almaniyaya təhsil almaq üçün getmək azərbaycanlı tələbələrin digər reginonlardan Bakıya gəlib təhsil almasindan asandır. Lakin bu reallığa sığmayan fikirləri beynimizdən atmalıyıq.
Əvvəla Almaniyada təhsil almaq üçün nə etmək lazım olduğunu ardıcıllıqla nəzərdən keçirək. Daha sonra isə hər şeyin yazıldığı və deyildiyi kimi asan olub olmadığını aydınlaşdırarıq.

İlk öncə onu vurğulamaq lazimdir ki, ali təhsil almaq heç bir ölkədə asan deyil. Təhsil almaq zəhmət və uzun müddətli səy tələb edir. Almaniyadakı bakalavr təhsili digər ölkələrin bakalavr təhsilindən fərqlənir, o cümlədən Azərbaycandakı olan bakalavrda fərqlənir. Almaniyada orta məktəb 12 və ya 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Bu baxımdan Almaniyada bakalavr təhsili almaq istəyən Azərbaycanlı gənclər Azərbaycan universitetlərində ən azı 2 il bakalavr təhsili almalıdırlar ki, gedib Almaniyada bakalavr təhsilinə başlaya bilsinlər. Burada 2 illik bakalavr təhsili alan tələbələr Almaniyada bakalavr təhsilinin yalnız 1-ci kursuna başlaya bilərlər. Demək olar bütün universitetlərdə təhsil haqqı yoxdur. Yalnız bir semester üçün maksimum 500 avro dəyərində ödəniş edilir.
Alman ali məktəblərində hər hansısa bir təhsil yeri üçün müraciət etməyin müxtəlif yolları vardır. Müraciət qaydaları seçdiyiniz ixtisas və hansı ölkədən olmağınızdan asılıdır. Öz müraciətinizi 3 yolla göndərə bilərsiz. Bunun üçün siz müəyyən sənədlər toplamalısınız. İlk növbədə sizin orada təhsil almağınız üçün kifayət qədər xarici dil bilikləriniz olmalıdır.



1. Alman dili bilikləri - Alman dilini bilməyiniz çox hallarda əsas tələblərdən biridir, lakin məcburiyyət deyil. Siz ingilis dili üzrə də orada təhsil ala bilərsiniz.Təhsilə başlamaq üçün kifayət qədər alman dilində danışa bilməli, yazı və oxu vərdişlərinə yiyələnməlisiniz. TestDaf və ya DSH kimi dil testləri ilə öz alman dili biliklərinizi təsdiqləyə bilərsiniz. Hər bir universitet orada oxumaq üçün müxtəlif dil səviyyələri tələb edir. Lakin siz bu imtahanlardan minimum B2 və ya 4-cü səviyyəni yığmalısınız.



2. Viza- beynəlxalq tələbə kimi Almaniyaya səfər zamanı viza almaq sizin hansı ölkədən olmağınızdan və Almaniyada hansı müddətə qalmaq istəməyinizdən asılıdır. Viza almaq üçün lazım olan öhdəliklər haqqında Alman səfirliyindən və ya Alman konsulluğundan məlumat əldə edə bilərsiniz. Hansı viza üçün mürciət etməniz Almaniyadakı təhsil üçün artıq icazəniz olub olmamasında da asılıdır.
Təhsil almaq fikirində olanlar üçün 2 viza forması mövcuddur:

I. Təhsil almaq üçün müraciət məqsədli Viza- əgər siz hər hansısa bir ali məktəbə və ya studienkolleg-ə (Almaniyada Universitet daxilində xarici tələbələr üçün yaradılmış bir sistemdi. Ali təhsilə keçiddən öncə bu bölmədə oxumaq lazimdi) icazə vərəqəsi əldə etməmisinizsə onda siz “təhsil almaq üçün müraciət məqsədli Viza” əldə etməlisiniz.Bu viza 3 ay müddətində etibarlı sayılırı və sizə imkan yaradır ki, icazə üçün tələbləri yerinə yetirə biləsiniz.

II. Təhsil məqsədləri üçün Viza- artıq hər hansısa təhsil müəssisəsində və ya studienkolleg-də oxumaq üçün icazə əldə etmisinizsə, onda sizə “təhsil məqsədləri üçün Viza” lazım gələcək. Bu viza qaydalara uyuğun olaraq 3 aylıq verilir. Bu 3 ay ərzində siz almaniyada qaldığınız yer üzrə xarici vətəndaşlar üçün qurumda qalma izni üçün müracitə edə bilərsiz. Viza müraciəti üçün sənədlər:
-tibbi sığortanı təsdiqləyən sənəd,
-maliyyə təminatını təsdiqləyən sənəd,
-əvvəlki ali təhsilinizi təsdiqləyən sənəd,
-hal-hazırkı alman dili biliklərini və ya almaniyada getməyi nəzərdə tutulan dil kursunu təsdiqləyən sənəd,
3. Qalma izni- sizə qalma izni almaq lazımdir,
əgər siz Avropa, İslandiya, Lixtenştayn, Norveç və ya İsveçrə vətəndaşı deyilsinizsə,
əgər sizin təhsiliniz 90 gündən artıq davam edirsə.
İlk 3 ayda təhsil aldığınız yerdə xarici vətəndaşlar üçün qurumda qalma izni üçün müraciət etməlisiniz.



4. Maliyyə təminatının təsdiqi ( 1 il üçün 8.000 Avro ) öz təhsilinizə başlamazdan öncə təsdiq etməlisiniz ki, sizin kifayət qədər maliyyə təminatınız var. Siz “ Maliyyə təminatını təsdiqləyən sənəd”əldə etməlisiniz. Bu sənədi viza almaq üçün müraciət edərkən təqdim etmək lazimdir. Çox hallarda tələb edilir ki, 8.000 avro miqdarında maliyyəniz olmalıdır. Lakin müxtəlif yollarla təsdiq edə bilərsinz ki, siz öz təhsilinizi maliyyələşdirə bilərsiniz. Aşağıdakı yollar mümkündür:
-valideyinləriniz gəlirlərini və ya mülkiyətlərini təsdiq edən sənəd təqdim edirlər.
-Almaniyada yaşayış yeri olan kimsə xarici vətəndaşlar üzrə qurumda sizi maliyələşdirməyi öz üzərinə götürür.
-sizin təhlükəsizlik ödənciniz Bank hesabı vasitəsi ilə ödənir.
-Hər hanısa bir bank siz ödənişi edə bilmədikə pulu ödəyəcəyini bildirən sənəd təqdim edir (bank təminatı).
-Siz spendiya verən bir təşkilatdan spendiya əldə edirsiz.

Atestat ( atestatın tanınması ) - Əgər hər hansısa bir alman ali məktəbində oxumaq fikirindəsinzisə onda sizə “Məzunluğu təsdiq edən sənəd lazımdır“. Əgər sizin hazırlığınız almaniyada təhsil almağa kifayət etmirsə onda siz studienkollg-ə getməlisiniz. İlk növbədə siz yoxlamalısınz ki, sizin atestatınız almaniyada təsdiqlənir ya yox.
Bundan əlavə yararlılıq tesdi (TestAS) də var. Bu test vasitəsi ilə siz istədiyiniz ixtisasa uyuğun olub olmadığınızı yoxlaya bilərsiniz. Bu test həm də sizin həmin təhsili üzrə hər hansısa bir ali məktəbdə təhsil almaq imkanınızı artıra bilər.

Almaniyada təhsil öz sahəniz üzrə ixtisaslaşmanız üçün mükəmməl bir yoldur, lakin düşünüldüyü kimi asan deyil . Eyni zamanda deyildiyi kimi təhsil pulsuzdur, lakin bu bizə heç də ucuz başa gəlmir .Yaşayış xərcləri, maliyyə təminatı və digər məsələlər bizdən böyük miqdarda pul tələb edir. Təhsilin mükəmməl olduğu bir yerdə oxumağın da asan olmadığı bir gerçəklikdi.

İstinadlar :
www.study-in.de
www.uni-stuttgart.de
studentpoint.univie.ac.at

Vüsal Abbaszadə
Femida.az

Açar sözlər:

Oxunub: 7704