• Ana səhifə / Manşet

Xəbər lenti

Gizli erməni ordusu haqda BİLİNMƏYƏNLƏR


Tarix 09.10.17, 16:45


Femida.az-ın növbəti araşdırmasının məqsədi XX əsrin son rübündə dünya siyasi arenasını terrorizim dalğaları ilə məşğul edən “ASALA” terror təşkilatı haqqında bilinməyən faktları ictimaiyyətə çatdırmaqdır.



Araşdırmamızda təkcə “ASALA” – nın təşkil etdiyi terror aktları yox, həmçinin onun digər terror təşkilatları ilə əlaqəsindən və Ermənistannın bir dövlət kimi terrorizmi dəstəkləməsini sübut edən faktlardan bəhs edilir.

ASALA - Armenian Secret Army for the Liberation of Armenia

Azərbaycan dilinə Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu kimi tərcümə edilir.

1975 ve 1985-ciillər arasında, Türkiyə də daxil olmaqla, 16 fərqli ölkədə türk ve digər mülki ve diplomatik hədəflərə qarşı teror aktları törətmiş solçu ve radikal milliyətçi təşkilatdır.

Bir çox dövlətlər tərəfindən terror təşkilatı kimi qəbul edilib. 1980-1990-cı illərdə ABŞ-ın “Xarici Terror Təşkilatları” adlı siyahısında da yer alıb.

“ASALA“ terror təşkilatı 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsinin gedişatında Beyrut şəhərində Fələstin Xalq Azadlıq Cəbhəsinin yardımı ilə Agop Agopyan tərəfından yaradılıb. Agop Agopyanın bəyanatından da məlum olur ki, təşkilatın təməl məqsədləri ermeni ideyologiyasının dünya ictimaiyyətinə çatdırılması ve xarici erməni toplumunda millətçi hisslərin yüksəldilməsi olub. “ASALA” özəlliklə müstəqil bir Ermenistan dövləti qurmaq, erməni soyqırımı iddialarını Türkiyə Cumhuriyəti hökumətinə qəbul etdirmək, Türkiyəyə tazminat ödəttirmek ve “Böyük Ermənistan” layihəsini reallaşdırmaq üçün mübarizə aparıb.



“ASALA” etkili olduğu dövr ərzində Türkiyəyə qarşı mübarizədə “4T” planını həyata keçirirdi. “4T” planına Erməni soyqırımı iddialarınn dünyaya "Tanıdılması”, bu soyqırımın Türkiyə tərəfından "Tanınması", Türkiyədən "Təzminat" alınması və "Qərbi Ermenistan" olaraqtanınan "Torpaq" parçasının alınması daxil idi.
Ümumilikdə 1970 ve 1980-ciillərdə Türk hədəflərə qarşı hücumlar təşkil edən“ASALA”eyni zamanda müxtəlif səbəblərdən Madriddə “Trans World Airlines” ve Los Angelesta “Air Canada“ ofislərinə də bombalı hücumlar təşkil edib. ABŞ ve Kanadanın hədəfkimi seçilməsi təşkilatın Ermeni millətçiliyi ile yanaşı, PKK kimi Marksist-Leninist ideologiyasına bağlılığını da sübut edir.

Türkiyədə 1979-cu ildə daxili siyasi mübarizə qızışdıqdan sonra “ASALA”- nın fəaliyyəti özünün pik nöqtəsinə yüksəldi.

Quldur dəstəsi

Rəsmi statistikaya baxsaq görərik ki, “ASALA”terror təşkilatı fəaliyyətə başladığı gündən bu günə kimi türk hədəflərinə qarşı 21 ölkənin 38 şəhərində 39 silahlı, 70 bombalı, biri də işğal formasında olmaqla ümumilikdə 110 terror aktı törədib. Bu hücumların nəticəsində Türkiyənin 42 diplomatı ilə yanaşı 4 xarici şəxs həyatını itirib, 15 türk ve 66 xarici vətəndaş isə yaralanıb.

Dünyanın ən çox diplomat itirən ölkəsi



“ASALA” - nın Türkiyə sərhədləridaxilində ilk fəaliyyəti 1982-ci ilin 7 Avqust tarixində Ankara Əsənboğa Havalimanında reallaşdırdığı bombalı hücum olub. Hücum nəticəsində 9 nəfər ölmüş, 72 nəfərisə yaralanmışdı.

“ASALA” tərəfindən təşkil edilənhücumlarfərqlimənbələrdə fərqli şəkildə göstərilir. ABŞ hökumətinin rəsmi məlumatına əsasən yarandığı gündən etibarən “ASALA” terror təşkilatınıntörətdiyi 84 terror aktı nəticəsində 299 nəfər yaralanmış, 46 nəfər isə öldürülüb.

Paris dəhşəti



1983-cü il 15 iyul tarixində Parisdə törədilən faciə isə daha dəhşətli idi. Orly Havalimanında baş tutanqətliamda 8 nəfər öldü, 52 nəfərisə yaralandı. İstanbula getməli olan ikisi Türk, biri amerikan, biri isveçli ve dördü də fransız olmaqla səkkiz sərnişin oradaca can verdi, altmıştan artıq sərnişin isə yaralandı. Əslində “Orly qətliamı” “ASALA” – nın fəaliyyətinin zəifləməsinə və tədricən dağılmasına səbəb oldu. Ermeni millətçi qurumlarının Fransadakı fəaliyyetlərinə son verildi ve bu qətliam “ASALA” – nınbir terrorçu qurup kimi tarixdən silinməsinin ən önəmli səbəblərinden biri kimi qəbul edildi.

Həmin faciənin təşkilatçısı Garabedyan 2001-ci ildə erməni diasporasının da təsiri ilə azadlığa buraxıldı və Ermənistan Baş Naziri Andranik Markaryan tərəfındən Ermənistanda böyüktəntənə ilə qarşılandı. Bu fakt isə Ermənistanı terrorizmi dəstəkləyən, onun bir terrorçu dövlət olduğuna daha bir sübutdur!



“Orly” faciəsinin daha bir təşkilatçısı Molte Menkonyan olub. O, terror aktının günahkarlarından biri kimi qəbul edildi və ona 6 il müddətinə həbs cəzası verildi. Onun həbsinə cavab olaraq “ASALA” Fransada bir neçə terror aktı törətdi. Nəticədə Melkonyan müəmmalı şəkildə həbsdən azad edilərək Livana deportasiya olundu. Sonradan Dağlıq Qarabağa gələn Melkonyan qəhrəmanımız Asəf Mütəllimov tərəfindən zərərsizləşdirildi. Asəf Mütəllimov 708-ci motoatıcı briqadanın əskəri idi.

Marksizm-Leninzm, yoxsa faşizm



“ASALA” öz millətçi hədəfləri ilə yanaşı Marksizm-Leninizm ideyalarını da dəstəkləmiş və İrlandiya Respublika Ordusu (IRA), PKK , İtaliyadakı “Qırmızı Briqada” (Italian Red Brigades) kimibeynəlxalq terror təşkilatları ile əməkdaşlıqedib. “ASALA” PKK ilə əlaqələri isə da geniş formatda olub. Türkiyə mətbuatına istinadən deyə bilərik ki, əslində kürdlərin özü belə erməni əsilli olub və bu yaxınlıq “ASALA” və “PKK”-nı bir biri ilə əlaqəli hərəkət etmələrinə səbəb oldu. Həmçinin “Hədəfin” eyni olması (Türkiyəyə Respublikasına qarşı mübarizə) bu iki qruplaşmanı daha da yaxınlaşdırırdı.

Qanlı rəqəmlər



Tarix Elmlər Namizədi İdris Bal “Erməni terror təşkilatı: ASALA” adlı kitabında “ASALA” terror təşkilatının hədəf seçimlərini aşağıdakı kimi qruplaşdırıb:

• Sivil şəxslər ve malları 2%
• Havalimanları ve havayolu şirkətleri 36%
• İş yerləri 14%
• Diplomatik hedefler 42%
• Media 1%
• Dini şəxslər ve qurumlar 1%
• Karqo (daşınma) 2%
• Digər 2%

Statistikadan da göründüyü kimi “ASALA” terror aktlarını daha çox havalimanları və havayolu şirkətlərində törədib və əsas hədəf kimi də türk diplomatlar seçilib.
1983-cü ildə Paris Orly Havayollarına qarşı bombalı hücumdan sonra təşkilat bir çox kiçik qruplara bölündü. Zamanla təşkilat daxilində çəkişmələr ve anlaşmazlıqlar ortaya çıxdı. Təşkilatın qurucusu hesab edilən Agop Agopyan 1983-cü ildə öldürüldü. Ermeni xalqından da yetərli destek almayan “ASALA” 1994-cü ildən etibarən tarix səhnəsindən tamamilə çəkildi.

“ASALA” Qarabağ müharibəsində terrorçuluq fəaliyyəti ilə məşğul oldumu?

Femida.az sualı cavablandırmaq üçün Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov ilə əlaqə saxlayıb.

Elçin Əhmədovun fikrincə, Qarabağ müharibəsi ərzində “ASALA”-nın fəaliyyəti nəticəsində 1200-dən artıq soydaşımızı qurban verdik.



Elçin Əhmədov:

“Təşkilatın fəaliyyəti 80-ci illərin ikinci yarısından etibarən geniş vüsət aldı və ASALA fəaliyyətini Qarabağda davam etdirdi. 1988-1994-cü illər ərzinə ASALA tərəfindən Azərbaycan ərazilərində 373 terror aktı törədildi. Biz Qarabağ müharibəsi ərzində 20 min şəhid vermişik.

O şəhidlərdən əlavə ASALA terror təşkilatının törətdiyi terror aktları nəticəsində 1200-dən artıq azərbaycanlı həlak oldu, 1700-dən artıq soydaşımız isə yaralandı.”
Femida.az-ın əldə etdiyi məlumatlara görə Şahe Acemyan adlı erməni terrorçusu Qarabağ müharibəsi dövründə “ASALA” terror təşkilatının tərkibində Azərbaycana qarşı dəfələrlə terror aktları törədib. O, Qarabağ savaşına Suriyadan diaspora xətti ilə gətirilmiş erməni terrorçusudur. 1992-1994-cü illər arası Qarabağ savaşında xüsusi fəallıq göstərmiş "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı idi.



Hazırda İrəvanda yaşayan Acemyanın o murdar əlləri bir çox azərbaycanlının qanına batmışdır. Hazırda da o, aktiv olaraq, həm internetdə, həm də realda "anti-Azərbaycan" təbliğatı aparmaqdadır. Yaşamağa və nəfəs almağa layiq olmayan bu alçaq tez-tez Qarabağ torpağını da ziyarət etməkdədir.

“Son dövrlərdə “ASALA” yenə fəallaşmışdı” – deyə Elçin Əhmədov münasibət bildirdi.

Elçin Əhmədov:

“ASALA terror təşkilatının mövcud olması əslində islamı terrorçuluqda günahlandıran xristian dünyasına təqdim etmək üçün İslam ölkələrinin rəsmi sənədidir. Bu təşkilatın fəaliyyəti sübut edir ki, terrorçuluq təkcə islam yox, xristian ölkələrində də mövcuddur. Yəni terrorizmə dini zəmində qiymət vermək, dinlə əlaqələndirmək düzgün olmazdı. Terrorizmə milli zəmində qiymət verilməlidir. Son dövrlərdə onlar yenə fəallaşmışdılar. Ramil səfərovun azadlığa çıxmasından sonra macarıstandakı azərbaycan diplomatik nümayəndəliklərinə qarşı hədələr oldu. Hazırda da təşkilat gizli şəkildə fəaliyyətini davam etdirir. Turk və azərbaycanlılara qarşı terorçuluq niyyətləri indi də mövcuddur.”

“Hazırda “ASALA” – nın 20-ə qədər qolu fəaliyyətini davam etdirir” – deyə Tarix Elmlər Doktoru, Professor Anar İsgəndərov vurğuladı.



Anar İsgəndərov:

“Hazırda da təşkilat bu və ya digər formada fəaliyyətini davam etdirir. Təşkilat sırf “ASALA” adı altında fəaliyyət göstərməsə də, onun 20-ə qədər qolu hazırda da fəaliyyətini davam etdirir. Həmin təşkilatların da “ASALA”-nın təməl prinsiplərini davam etdirirlər.”

“Baltimor” hotel

Öz sıralarında bir çox ölkələrdən olan radikal millətçi erməniləri birləşdirən və erməni diasporunun maliyyələşdirdiyi ASALA terror təşkilatının ilk hücumları 1973-cü ildə başlayıb. Həmin il Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmir erməni Qurgen Yanikyan tərəfindən qətlə yetirilib. Yanikyan qətli həyata keçirmək üçün ermənilərə xas hiyləgərlik göstərib. O, konsulluğun qarşısına gedərək əlində Sultan Əbdülhəmidə aid tablo olduğunu və bunu Türkiyəyə hədiyyə etmək niyyətinin olduğunu deyib. Erməni terrorçusunun sözlərinə inanan türk diplomatları onunla görüşmək üçün “Baltimor” hotelə gediblər. Yanikyan onları qarşılayaraq yaxın məsafədən atəş açıb və hər iki diplomatı öldürüb. Hadisədən sonra həbs edilən və ömürlük həbs cəzası alan Yanikyan 1984-cü ildə əfv olunaraq azadlığa çıxıb. Qısa müddətdən sonra isə ölüb. Dünya ictimai birliyi hadisəni terror aktı kimi dəyərləndirmədi. Lakin ardınca erməni terrorçularının digər ölkələrdə də türk diplomatlarına qarşı terror hücumları başladı.



İki il sonra - 1975-ci ildə Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil səfirliyin binasına hücum edən 3 erməni terrorçusu tərəfindən öldürüldü. Səfirliyin Vyanadakı binasına hücum edən avtomatla silahlanmış ermənilər mühafizəçiləri zərərsizləşdirəndən sonra içəri daxil olublar və səfirin kabinetinə giriblər. Onlardan biri D.Tunalıgildən “siz səfirsinizmi” deyə soruşub və “hə” cavabı alan kimi ona atəş açıb. D.Tunalıgil hadisə yerindəcə keçinib. Terrorçular binanı tərk edərək onları gözləyən maşınla qaçıblar. Elə həmin il Türk Hava Yollarının Beyrutdakı ofisi partladılıb. Hadisəyə görə məsuliyyəti ASALA-nın qruplarından biri üzərinə götürüb. Hadisə yerinə qoyulan məktubda göstərilib ki, bu aksiya başlanğıcdır.



Yenə də 1975-ci ilin oktyabrında Türkiyənin Fransadakı səfiri İsmayıl Eres erməni terrorçularının hücumuna məruz qalıb. Səfirin maşını Parisin mərkəzi küçələrinin birində, Sena çayı üzərindən keçən körpüdə pusquya salınıb. Erməni terrorçuları onun maşınına avtomatdan atəş açıblar, nəticədə İ.Eres və onun sürücüsü Talip Yener hadisə yerində həlak olub. Terror hücumunu “Erməni soyqırımı ədalət kommandosları” adlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşma ASALA-nın bir qolu hesab edilir.

1976-cı ilin fevralında Türkiyənin Livandakı səfiri Oktar Cirit erməni terrorunun növbəti qurbanı olub. O, Beyrutda keçirilən toplantıların birində iştirak edərkən zalda əvvəlcədən yerləşmiş erməni terrorçusu diplomata yaxın məsafədən atəş açıb. Hücumu ASALA öz üzərinə götürüb. O vaxta qədər ayrı-ayrı erməni terror qruplaşmaları şəklində fəaliyyət göstərən terrorçular özlərini bu hücumla ilk dəfə ASALA kimi təqdim ediblər.



1977-ci ilin iyununda Türkiyənin Vatikandakı səfiri Taha Carım səfirliyin iqamətgahı önündə iki terrorçunun hücumuna məruz qalıb. Terrorçular səfirə yaxın məsafədən atəş açaraq onu öldürüblər. Hücumu bu dəfə “Erməni soyqırımı ədalət komandosları” qruplaşması öz üzərinə götürüb.

1978-ci ildə erməni terrorçularının türk diplomatlarına qarşı növbəti hücumu İspaniyanın paytaxtı Madriddə qeydə alınıb. Səfir Zeki Kuneralpın xidməti maşını 3 silahlı erməni terrorçusunun hücumuna məruz qalıb və avtomobildə olan səfir, habelə onun xanımı Necla və istefada olan diplomat Beşir Balcıoğlu hadisə yerində həlak olublar. Bu hücumda ilk dəfə türk olmayan xarici vətəndaş da erməni terroruna qurban gedib. Belə ki, səfirin ispan sürücüsü də həlak olub. Hücuma görə məsuliyyəti bu dəfə də “Erməni soyqırımı ədalət komandosları” öz üzərinə götürüb.

1979-cu ildə Hollandiyanın Haaqa şəhərində Türkiyənin səfiri Özdemir Benler və onun oğlu Ahmet Benler ermənilərin silahlı hücumu nəticəsində öldürülüb. Hadisəyə görə məsuliyyəti yenə də “Erməni soyqırımı ədalət komandosları” öz üzərinə götürüb.



Avropada getdikcə artan erməni terror hücumları 1979-cu ilin dekabrında özünü yenidən Fransada büruzə verib. Türkiyə səfirliyinin turizm müşaviri Yılmaz Çolpan erməni terrorçusunun hücumu nəticəsində həlak olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran şəxs özünü “Erməni soyqırımı ədalət komandosları” qruplaşmasının üzvü kimi təqdim edib və Türkiyədən qisas almaq üçün bu ölkənin diplomatlarını öldürdüklərini bildirib.

1980-ci ilin yayında Türkiyənin Yunanıstandakı diplomatik missiyasının əməkdaşları hücuma məruz qalıb. Afinadakı türk səfirliyinin attaşesi Qalip Özmen və onun 14 yaşlı qızı erməni terrorçusunun silahlı hücumu nəticəsində öldürülüb. Diplomatın xanımı və oğlu isə yaralanıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

Həmin ilin dekabrında erməni terrorçuları Avstraliyada da zühur ediblər. Türkiyənin Sidneydəki baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever yenə eyni üsulla - silahlı hücuma məruz qalaraq öldürülüb. 1980-ci ildə ermənilərin türk diplomatlarına hücumları bununla bitmir. Həmin il Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmen paytaxt Berndə məruz qaldığı silahlı hücumdan sağ qurtula bilib. Vatikandakı türk səfiri Vecdi Türelin xidməti avtomobilinə atəş açılıb, o və mühafizəçisi yaralanıb.

1981-ci ilin martında erməni terrorçuları yenidən Türkiyənin Fransadakı diplomatik missiyasına qarşı terror təşkil edib. Səfirliyin attaşesi Reşat Moralı və din işləri üzrə müşavir Tecelli Arı 2 erməni terrorçusunun hücumuna məruz qalıb. R.Moralı hadisə yerində, T.Arı isə xəstəxanada ölüb. Türkiyə bu hadisədən sonra diplomatlarının təhlükəsizliyini təmin etmədiyi üçün Fransaya nota verib. Həmin ilin iyununda Türkiyənin Cenevrədəki baş konsulluğunun əməkdaşı Savaş Yergüz də konsulluqdan çıxıb evinə gedərkən silahlı ermənilər tərəfindən öldürülüb. ASALA bu hücuma görə məsuliyyəti üzərinə götürüb, hücumu həyata keçirən livanlı ermənini həbs etmək mümkün olub.

Türk diplomatlarına daha çox Fransada meydan oxuyan erməni terrorçuları 1981-ci ilin sentyabrında Türkiyənin Parisdəki baş konsulluğuna yenidən hücum edib. Binaya daxil olan 4 erməni 56 türk diplomatını və konsulluq əməkdaşlarını girov götürüb, hücum zamanı konsulluğun mühafizəçisi öldürülüb. 15 saatlıq aksiyadan sonra terrorçular polisə təslim olub. ASALA hücuma görə məsuliyyəti üzərinə götürüb, həbs edilən terrorçulara isə sonradan yüngül cəzalar verilib, nəticədə Türkiyə-Fransa münasibətləri gərginləşib. Həmin il ermənilər Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demiri də yaralayıb. Sentyabrda isə Türkiyənin İtaliyadakı səfirliyinin II katibi Roma küçələrində silahlı hücuma məruz qalaraq yaralanıb.



1982-ci ilin yanvarında ABŞ-ın Los-Anceles şəhərində yenidən erməni terror aksiyası qeydə alınıb. Bu dəfə də Türkiyənin baş konsulu öldürülüb. Kamal Arıkanı qətlə yetirən erməni terrorçusu həbs edilib və ömürlük həbsə məhkum edilib. ABŞ-da fəallaşan ermənilər həmin ilin mayında Boston şəhərindəki Türkiyə fəxri baş konsulu Orhan Gündüzü qətlə yetirib. İyun ayında isə Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay öz maşınında silahlı hücuma məruz qalaraq öldürülüb. Onun hadisə zamanı yaralanan xanımı da bir müddət sonra keçinib.



1982-ci ilin avqustunda Türkiyənin Kanadadakı səfirliyinin attaşesi Atilla Altıkat erməni terrorunun qurbanı olub. Sentyabrda Bolqarıstanın Burgaz şəhərindəki türk baş konsulu Bora Suelkan öldürülüb. Həmin il həmçinin Türkiyənin Kanadadakı səfirliyinin müşaviri, Rotterdamdakı (Hollandiya) baş konsulu da yaralanıb. Avqustda isə ASALA terrorçuları Ankaranın Esenboğa hava limanına silahlı basqın həyata keçirərək 8 nəfərin ölümünə, 72 nəfərin yaralanmasına səbəb olublar. Bu, ermənilərin Türkiyədəki ilk terror aksiyası olub.

1983-cü ilin martında Türkiyənin keçmiş Yuqoslaviyadakı səfiri Qalip Balkar 2 erməni tərəfindən hücuma məruz qalıb, nəticədə diplomat ağır yaralanıb və iki gün sonra ölüb. Hücumu həyata keçirən terrorçular həsb edilib. Həmin ilin iyununda Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürülüb. Bir neçə gün sonra Lissabondakı türk səfirliyi erməni terrorçuları tərəfindən tutulub və içəridəkilər girov götürülüb. Hücum zamanı səfirliyin müşavirinin həyat yoldaşı həlak olub. Portuqaliya polisi həyata keçirdiyi əməliyyat zamanı girovları azad edib, bu zaman 5 terrorçu öldürülüb. Ermənilər isə ölkənin baş nazirini ölümlə təhdid edərək ondan qisas alacaqlarını bildiriblər.

1984-cü ildə Türkiyənin İrandakı səfirliyinin katibinin əri ASALA tərəfindən öldürülüb. Həmin ilin iyununda Vyanadakı türk səfirliyinin attaşesi Ərdoğan Özənin avtomobilinə bomba yerləşdirilib və diplomat öldürülüb. Oktyabrda isə yenidən Avstriyadakı türk səfirliyinin əməkdaşı terrora məruz qalıb. Həmin il ermənilər Tehrandakı türk diplomatlarına qarşı daha iki hücum həyata keçiriblər.

Nəhayət, 1984-cü ildən etibarən “ASALA” türk diplomatlarına qarşı hücumları dayandırıb və terror təşkilatı öz fəaliyyətini dondurub. Təbii ki, ermənilər bunu könüllü etməyiblər, Türkiyə xüsusi xidmət orqanlarının və millətçilərin apardığı gizli əməliyyatlar erməniləri geri çəkilməyə məcbur edib.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 10957









Araşdırma
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img