Bu xəstəxanalarda maliyyə yeyintiləri olub - HESABAT


15:55     09 Aprel 2016 koorruspsiya9.jpg

Ötən il bəzi səhiyyə ocaqlarında nöqsanlar aşkar olunub.


Femida.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində qeyd olunub.

Belə ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasında, Göygöl Mərkəzi rayon Xəstəxanasında, Mingəçevir şəhər Xəstəxanasında, Quba Mərkəzi rayon Xəstəxanasında, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə riyaət edilməməsi halları müəyyən olunub. Ümumiyyətlə əmək haqqının ödənilməsi ilə bağlı xərclərin auditlə əhatə olunmuş dövrdə səhiyyə müəssisələrinin cəmi xərclərinin 61,7%-ni təşkil edib. Audit sübutları ilə müəyyən edilib ki, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar mövcuddur.

Bundan başqa nəzarət tədbirləri ilə yerli xəclərdən maliyyələşən səhiyyə obyektləri tərəfindən alınmış bəzi dərman poreparatlarının qiymətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınmış eyni ölkələrin istehsalı olan dərmanların qiymətlərindən bir sıra hallarda baha olduğu müəyyən edilib. Təhlil, həmçinin şəkərli diabet xəstələrinin sayının dəyişməsi ilə bu xəstəlik üçün ayrılmış dərman xərclərinin məbləğinin də uyğun olmadığı göstərir. Belə ki, bəzi səhiyyə müəssisələri üzrə xəstələrin sayının artmasına baxmayaraq şəkərli diabet xəstələri üzrə dərman xərclərinin azaldıldığı, bəzi müəssisələrdə isə artım və azalmaların xəstə sayına müvafiq olmadığı müəyyən olunub.

Müəyyən olunmuş nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlərin nəticələri barədə Mingəçevir şəhər xəstəxanası tərəfindən təqdim edilmiş məlumatda 47,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə və çatışmayan 3,7 min manat dəyərində tibb avadanlığının natura qaydasında bərpa olunduğunu, artıq saxlanılmış 3 ştat vahidinin ləğv olunduğu, mühafizə şöbəsinə artıq ödənilmiş 4,5 min manat məbləğində vəsaitlə bağlı qarşılıqlı üzləşmə aktının tərtib edildiyi qeyd olunub. Həmçinin 2 mühasibin işdən azad olunduğu, 2 mühasibə şiddətli töhmət verildiyi və baş mühasibə xəbərdarlıq edilib.

Hesablama Palatasına təqdim olunmuş məlumatlara görə, Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən 28,1 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edilmiş, əməyin ödənilməsi ilə bağlı mövcud nöqsanların aradan qaldırılması və bu nöqsanlara bir daha yol verilməməsi məqsədilə müvafiq tədbirlər görülmüş, baş mühasibə, kadrlar üzrə mütəxəssisə, sahə rəisinə və 3 əməkdaşa xəbərdarlıq edilib.

Göygöl rayon xəstəxanasının yol verilmiş nöqsanlara görə, baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa şiddətli töhmət verilib. Quba rayon xəstəxanasında əmək haqlarının ödənilməsi, satınalmaların həyata keçirilməsi, müsahibat uçotunun aparılması və s. digər istiqamətlərdə fəaliyyətin gücləndirilməsi istiqamətdə zəruri tədbirlərin görüldüyü, işlərində nöqsanlara yol vermiş 6 nəfər vəzifəli şəxslə bağlı nizam-tənbeh tədbirlərinin tətbiq edildiyi, o cümlədən baş mühasibə, 2 müsahibə, iqtisadçı və 2 əməkdaşa töhmət verilib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında aparılan auditin nəticəsi tibbi şurada müzakirə edilmiş və yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və bir daha təkrar olunmaması üçün işlərində nöqsanlara yol vermiş 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq olunub. O cümlədən baş müsahibə, böyük mühasibə və 1 əməkdaşa töhmət verilib.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimənə və Mərkəzi Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2338