• Ana səhifə / Manşet

Xəbər lenti

“Manat “üzən” sistemdə öz yerini axtarır”


Tarix 09.05.16, 11:48


"Üzən məzənnə bazarda tələb və təklifə uyğun olaraq müəyyən edilir".


Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank valyuta alışları həyata keçirir. Hazırda Bank 85 milyon dollara kimi valyuta alıb: "Hazırda manat "üzən" sistemdə öz yerini axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır".

O deyib ki, bu gün narahatlıq üçün heç bir əsas yoxdur.

Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə ötən il fevral 21-i, daha sonra isə dekabrın 21-də devalvasiyaya uğrayıb. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirdi.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Femida.az

Xəbərin oxunma sayı : 5689











Araşdırma
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img