• Ana səhifə / Manşet

Xəbər lenti

Ermənilərin Gürcüstanı parçalamaq planları - I HİSSƏ


Tarix 10.05.16, 9:40



“Mən Abxaziya Respublikasının vətəndaşı, Qaspar oğlu Albert Topolyan, Abxaziya silahlı qüvvələrinə daxil olmaq üçün təntənəli sürətdə and içirəm: İntizamlı, cəsur olacağıma, vicdanla vətənimə xidmət edəcəyimə, qeyri-şərtsiz bütün sifarişləri yerinə yetirəcəyimə, dövlətin hərbi sirlərini ciddiyyətlə gizli saxlayacağıma, hərbi və ictimai mülkiyyətin qayğısına qalacağıma, vətənin müdafiəsi üçün son damla qanımadək öz həyatımı təhlükəyə atacağıma and içirəm...”

9 fevral 1993-cü ildə seperatçı Abxaziya Ali Sovetinin sədr müavini Albert Topolyan, erməni batalyonu daxilində ilk dəfə and içərək, Abxaziyada yaşayan erməni icmasının siyasi lideri kimi, bütün ermənilərin mövqeyini ifadə edirdi. Yaradılan erməni batalyonunun döyüşçüləri Azərbaycanda olduğu kimi illərlə sığındıqları Gürcüstanı və gürcü xalqını başlıca hədəf seçdilər. Əsasən etnik ermənilərdən formalaşdırılan bu batalyon Sovet ittifaqı marşalı İvan Baqramyanın adını aldı. Batalyon abxaziyadakı gürcülərin kütləvi şəkildə deportasiyası və sivil gürcü əhalisinə qarşı aparılan soyqırımlarda xüsusi qəddarlığı ilə seçilib.

Gürcüstanın tarixinə nəzər salsaq, onun erməni məsələsində qonşu Azərbaycanla ortaq, dərin problemli cəhətlərini görərik. Ermənilərdən fərqli olaraq bölgənin hər iki xalqı tarixən Cənubi Qafqazın yerli sakinləri olub. Ermənilər XIX əsrdə hansı şəkildə Azərbaycanın İrəvan-Naxçıvan-Qarabağ sektorlarında məskunlaşdırılırdısa, Gürcüstanda da Cavaxetiyadan tutmuş, Abxaziyaya kimi ərazilərdə yerləşdirilirdi.

Belə ki, Gürcüstanın tarixi Abxaziya bölgəsində ilk erməni icmaları XIX əsrdə ortaya çıxıb. Bu dövrdə də Çar Rusiyası Abxaziya istiqamətində təcavüzkar siyasət aparırdı. Nəticədə, XIX əsrin 60-70-ci illərində abxazlar kütləvi şəkildə öz bölgələrini tərk etməyə başladılar.

Tədricən rus çarları onların yerinə özlərinə sadiq millətlər yerləşdirməyə başladı. Beləliklə, mühüm bölgələr ermənilər tərəfindən ələ keçirilməyə başlandı. XX əsrdə isə erməni miqrasiyası daha da gücləndi. 1926-cı il əhalinin siyahıya alınmasında, cəmi 25 min erməni göstərilirdisə, 1959-cu ildə onların sayı 64 minə çatdı. 1989-cu ildə daha da artaraq regionda ermənilərin sayı 76 minə çatdı. Gürcülərdən (239 min) və abxazlardan (93 min) sonra, muxtar respublikada üçüncü çoxluğu erməni diasporu təşkil edirdi.

Bu gün ermənilər 1915-ci il hadisələri zamanı onlara sığınacaq verdikləri üçün abxazlara dərin minnətdarlıq edir və Ermənistandan sonra bu bölgəni “növbəti vətən” hesab edirlər. Lakin, bir dəfə də olsun XIX əsrdə yerli abxazların zorla çıxarılmasından sonra onların evlərində məskunlaşdıqlarını bildirmirlər. Erməni riyakarlığı bu fonda özünü açıq şəkildə göstərir. Hazırda seperatçı Abxaz bölgələrində erməni icmasının abxazları tədricən sıxışdırmasını da görürük. Nəticədə abxazlar qafqaz xalqlarına yaraşmayan, etdikləri erməni dostluğuna görə, gələcəkdə böyük əziyyətlər çəkəcək. Necə ki, qonşu Gürcüstan bunun bədəlini Qaqra, Kamani, Suxumi, Qali və Ocamçır bölgələrində gürcülərin deportasiyası və soyqırımları ilə ödədi.

SSRİ-nin dağılmasından sonra, yenicə yaranan müstəqil dövlətlərin, asanlıqla Qərb tərəfindən ram edilməsinin qarşısını almaq üçün, həmin respublikalar daxilində çoxdan formalaşdırılan “ocaq”lar yandırıldı. XX əsr Qafqaz strategiyası klassik “parçala və hökümranlıq et” imperial siyasəti üzərində quruldu. Azərbaycanda erməni, Gürcüstanda isə abxaz və osetin regionlarından istifadə edilməyə başlandı. Moskva üçün Abxaziya ən effektiv silah halına gəldi. Kreml Gürcüstana qarşı abxazlar, o cümlədən bölgədə yaşayan digər etnik qrupların da birgə müttəfiqliyinin təmin edilməsini planlaşdırırdı. Bu baxımdan, bölgənin ən böyük icmasını ermənilər təmsil edirdi.



80-ci illərin sonlarında Abxaziya bölgəsində iki böyük erməni təşkilatı yaradıldı. Mədəni-xeyriyyə cəmiyyəti adı altında formalaşdırılan Krunk Suxumidə, Maştots adlı təşkilat isə Qaqrada gərgin fəaliyyətə başladı.

Erməni icması 1990-cı ildə “Krunk”un təsis qurultayını keçirdi. Abxaziyanın bütün bölgələrindən 350 nümayəndə və Sovet İttifaqının digər respublikalarından 150 qonaq dəvət edildi. Başlanğıcda, gürcülər Krunkun əhəmiyyətini lazımınca dəyərləndirmədi.

Albert Topolyanın başçılıq etdiyi Krunk 1980-cı illərin sonundan etibarən 2004-cü ilə kimi Abxaziyada mədəni-xeyriyyə cəmiyyəti kimi tanıdılıb. Təşkilat Suxumi və Abxaziya bölgəsinin şərqində erməni maraqlarını təmsil edən əsas təşkilata çevrilib. Təşkilat gizli fəaliyyətini 1990-cı il yanvar 27-də təsis qurultayı keçirməklə sonlandırıb. 21 fevral 1991-ci ildə Soyuz blokunun ictimai-siyasi təşkilatlarının qurucu üzvüdür. Nəticədə, Krunk Abxaziyada ümumerməni icmasının yaradılması üçün, 15 aprel 2004-cü ildə Erməni mədəniyyət mərkəzi və Maştots cəmiyyəti ilə birləşib.

Xatırladım ki, “Krunk” Gürcüstanda fəaliyyətə başlmazdan öncə, əsas mərkəzini Qarabağda qurub. Təşkilatın Sumqayıt hadisələrində məxfi təxribatçı iştirakı isə indi hər kəsə məlumdur. 1987-ci ildə Ermənistan Respublikası və DQMV-nin partiya rəhbərlərinin köməyi ilə Xankəndində erməni gizli təşkilatı – Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi (Komitet Revolyusionnoqo Upravleniya Naqornoqo Karabaxa – KRUNK – erməni dilində “durna”) adlı təşkilat yaradıldı.

Qarabağ separatçılarının ilk lideri elektrotexnika zavodunun direktoru Albert Seyranyanın ölümündən sonra, Krunkun rəhbərliyinə Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov gətirildi. Təşkilatın yaradılması rəsmi olaraq 1 mart 1988-ci ildə elan edilib. Elə həmin dövrdə Manuçaov bildirirdi: “Biz məcbur edəcəyik ki, bizə atəş açsınlar!”

Manuçarovun ifadəsi yalnız Azərbaycana deyil, Gürcüstana da ünvanlanmışdı.
“Krunk”un Qarabağdakı effektiv fəaliyyəti, Ermənistan rəhbərliyinin təşkilatın yeni şöbələrinin açılmasını tezləşdirməsinə səbəb oldu. Ermənistan həm Qarabağda Azərbaycanla, həm də ikinci cəbhə kimi Cavaxetiyada Gürcüstana qarşı döyüşə bilməyəcəyini yaxşı anladığından gürcülərə qarşı fərqli istiqamətdən həmlə etməyə başladı.

(Ardı var)

Şahin Qocayev
Femida.az

Xəbərin oxunma sayı : 3943









Araşdırma
img

Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img