Tanınmış basketbolçu öldürüldü


15:15     29 May 2016 dejean-jones-bryce_mediaday_2014-15_2.jpg

ABŞ-da "New Orleans Pelicans" klubunun fevral ayında transfer etdiyi 23 yaşlı basketbolçu Brays Dejan-Cons qətlə yetirilib.


Femida.az xəbər verir ki, hadisə Dallasda baş verib.

Məlumata görə, ötən gecə gənc basketbolçu adı çəkilməyən Dallas sakininin evinin qapısını sındıraraq içəri daxil olub. Ev sahibi Dejan-Consu qarın nahiyəsindən güllələyib. Hadisə yerinə gəlmiş həkimlərin səylərinə baxmayaraq, idmançını xilas etmək mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 985