Yeni layihəyə start verilib
15:30 29 May 2016
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyi yeni layihəyə start verib.
Femida.az-ın məlumatına görə, “Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması" layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri olan dövlət xadimlərimiz: Heydər Əliyev” adlı ilk konfrans Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Toplantının iştirakçıları ölkəmizin paytaxtında yerləşən universitetlərin tələbələri və gənc elmi işçilər olub.
Konfransı giriş sözü ilə açan Humanitar Araşdırmalar İctimai Birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva bildirib: “Milli-mənəvi dəyərlərimiz bizim minilliklər tariximizdən keçib gəlib, zənginləşib və bu gün də yaşayır. Bu dəyərlərkeçmişimiz, bu günümüz və gələcəyimizdir. Ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində xalqımız dünyanın ən zəngin və özünəməxsus mədəniyyətlərindən birini yaradıb. Bu dəyərlərimizin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan dövlət xadimlərimizdən biri ulu öndər Heydər Əliyev olub. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-2003-cü illərdə ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsinə xüsusi qayğı və diqqətlə yanaşıb.Ümummilli lider deyirdi ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.
Giriş sözündən sonra millət vəkili, əməkdar jurnalist Sahib Alıyev ulu öndərin milli-mənəvi dəyərlərə verdiyi qiymət, bu sahədə gördüyü konkret işlər haqqında geniş bir məruzə edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Konfransda çıxış edən millət vəkili, professor Musa Qasımlı milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ümummilli liderin fəaliyyətindən konkret misallar gətirib.
Çıxış edən iştirakçılar konfransın faydalı olduğunu söyləyiblər.
Oxunub: 900
Oxşar xəbərlər
- Yeni kanalın işə başlayacağı vaxt açıqlandı
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Yeni ilin ilk günündə 386 min körpə doğulub
- Yeni il gecəsi özünü asdı
- Yeni İl gecəsi Sumqayıt sakini şikəst oldu
- Yeni ilin ilk günü Ermənistan atəşkəsi 135 dəfə pozdu
- Yeni ilin ilk günü yanğın - Astarada
- Yeni İl haqqında maraqlı FAKTLAR
- Yeni ilin ilk günü Azərbaycana qar yağacaq
- Yeni ilə film izləyərək girmək istəyənlər -5 maraqlı FİLM