Mingəçevirdə müşavirə keçirildi - İnsanların təhlükəsizliyi ilə bağlı


15:51     29 May 2016 mingecevir4.jpg

Mingəçevir Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti, FHN Aran Regional Mərkəzi ilə birgə "Su hövzələrində insanların təhlükəsizliyinin təşkil olunmasında birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirildi.


Femida.az xəbər verir ki, müşavirədə FHN Aran Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, şəhərin aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, icra nümayəndəliyi və bələdiyyənin, mənzil istismar sahələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etdi. Müşavirəni açan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov tədbirin məqsədindən və əhəmiyyətindən danışdı.

Mövzu ilə bağlı xidmətin Təbliğat və Təşkilat sektorunun əməkdaşları Elsevər Həsənov və Müvəssil Allahverdiyev, Mənzil Təsərrüfatı İstehsalat Birliyinin rəisi Samir Məmmədov, GEM-in direktor müavini Validə Məmmədova, Təcili vəTəxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkim əvəzi Fəxrəddin Quliyev, Şəhər təhsil şöbəsinin metodisti Qurban Vahidov çıxışlar etdilər. Natiqlər bildirdilər ki, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması əsas şərtdir. Buna görə çimərlik ərazilərində bədbəxt hadisələrin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür. Əhali arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. Bu, əsasən əhalinin qeyri-çimərlik ərazilərinə axınının qarşısının alınması üçün önəmlidir.

Açar sözlər:

Oxunub: 1335