Küçənin ortasında 12 nəfəri öldürdülər


16:38     29 May 2016 venesuaela%20polis.jpg

Venesuelada silahlı insident olub.


Femida.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Truxilyo ştatının Andres-Belyo qəsəbəsində baş verib. İki silahlı dəstə arasında baş verən atışmada 12 nəfər küçənin ortasında qətlə yetirib. Öldürülənlərdən 4-ü uşaqdır.

Qətlə yetirilən şəxslərdən iki nəfər barəsində qətllərə görə axtarış elan olunub.

Hazırda polis əməkdaşları silahlıların müəyyən edilərək saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 1290


Oxşar xəbərlər