Avropada İslamla bağlı ilk muzey açıldı


17:24     29 May 2016 modern%20islam.jpg

İsveçrənin Nevşatel kantonunun La-Şo-de-Fon şəhərində İslam Mədəniyyətləri Muzeyi açılıb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, muzey Avropada İslam dini ilə bağlı ilk modern muzey hesab edilir.

Muzeyin açılması üzərində 15 il iş aparılıb. "Musée des Civilisation de l’Islam" adlı tarixi binada açılan muzeydə İslam mədəniyyətlərinin tarixi haqqında müasir texnologiyadan istifadə edilərək ingilis, fransız, alman və ərəb dillərində məlumat verilir.

Müsəlman alim və mütəfəkkirlərinin əsərlərinin də tanıdıldığı muzeydə İslamın bəşəriyyətin inkişafına və Qərb mədəniyyətinə verdiyi töhfələr barədə ziyarətçilərə məlumat verilir.

Layihənin və muzeyin rəhbəri Əlcəzair əsilli isveçrəli Nadya Karmusdur.

Femida.az

Açar sözlər:

Oxunub: 1365